fbpx

Britaniya ingiliscəsi ilə amerikan ingiliscəsi arasında bəzi kiçik fərqlər mövcuddur. Bəzi sözlər fərqli yazılıb oxunurkən, bəzi sözlər isə tamamilə fərqli mənalara malikdir. Bunun səbəbi Amerikada çox köhnədən istifadə olunan bəzi terminlərin hələ də günlük danışıqlarda istifadədə olunması, İngiltərədə isə bəzi sözlərin zamanla yox olması ya da yeni yeni ifadələrlə dəyişdirilməsidir. Əgər “The Crown” filmini izlmisinizsə, “Ed Sheeran” mahnılarını dinləmisinizsə ya da “Harry Potter” kitablarını öz orijinal dilində oxumusunuzsa bu fərqlilikləri ehtimal ki görmüsünüz.

Bu fərqliliklər çox olmadığı üçün ingilislər və amerikalılar asanlıqla bir-birilərini anlaya və söhbət edə bilərlər. Bir çox Amerikan filmi və televiziya proqramı İngiltərədə də göstərilməkdədir. Tələffüzləri və istifadə etdikləri bəzi sözlər fərqli olsa belə bir ingilis amerikalı birini asanlıqla anlaya bilər.

Əgər İngiltərədə təhsil alacaqsınızsa bəzi sözləri bilməkdə fayda var. ‘Pants’ sözü İngiltərədə alt paltar mənasını verərkən eyni söz Amerikada şalvar mənasını verməkdədir. Və əgər metronu axtarırsınızsa İngiltərədə ‘Underground’ yazısı olan tabloları izləməli, Amerikada isə ‘Subway’ tablolarını görmək üçün gözünüzü dörd açmalısınız. Əgər İngiltərədə ‘Subway’ işarələrini təqib etsəniz özünüzü məşhur buterbrod zəncirinin qarşısında tapa bilərsiniz!

İngiltərədə və ya Amerikada təhsil almağa başlamazdan əvvəl bilməniz lazım olan bəzi fərqli sözlər:

american-ingiliscesi-ve-britaniya-ingiliscesi1-British-Educational-Centre.png

 

*Xaricdə təhsil arzularınızı gerçəkləşdirmək üçün ingilis dilini bizim mərkəzdə öyrənə bilərsiniz. Kurslara qoşulmaq üçün Proqramlara Onlayn Qeydiyyat bölməsəsində qeydiyyatdan keçin.

Leave a Comment

Your email address will not be published.

Your Comment*

Name*

Email*

Website