ielts kurslari

IELTS STANDARD

ielts kurslari

İmtahan formatı ilə tanış deyilsiniz və heç hazırlıq keçməmisinizsə, bu kurs sizin üçündür. Kurs imtahan formatının ətraflı öyrənilməsinə, imtahanda əhatə olunan dil vərdişlərinin inkişafına, imtahan tapşırıqlarının yerinə yetirilməsi üçün effektiv strategiyalara yönəlir.

Real ielts practice tests tapşırıqlarının yerinə yetirilməsi zamanı düzgün Strategiyalar və Səhvləri müəyyənləşdirmək sınaq formatını mənimsəməyə imkan yaradacaq. Bu, IELTS imtahanına hazırlaşmağın ən uğurlu yoludur. Minimal dil səviyyəsi: High Intermediate.

Kurs standart formada (45-54 saat, 2,5-3 ay, həftədə 3 dəfə 1,5 saat olmaqla), intensiv formada (36 akademik saat, 1 ay, həftədə 6 dəfə 1,5 saat olmaqla ) keçirilir.

Hazırlıq başa çatdıqda tələbələrin 96%-i imtahanı birinci dəfədən lazımi balla keçir (2013-2017-ci illər ərzində hazırlıq proqramı müəllimlərinin tövsiyələrinə riayət edən tələbələr arasında aparılan araşdırma nəticələrinə əsasən).

LANGUAGE FOR IELTS

IELTS imtahanında yüksək bal (7 və daha çox) toplamalısınız və dil səviyyəniz bala uyğun deyilsə, IELTS hazırlıq proqramlarından biri ilə eyni vaxtda və ya başa çatdıqdan sonra Language for IELTS proqramını keçməyiniz tövsiyə olunur. Bu kursda imtahanın yazılı və şifahi hissəsini yerinə yetirmək üçün yeni leksika və qrammatikanı mənimsəyəcək, öz mövqeyinizi düzgün ifadə etməyi öyrənəcəksiniz. Bu kurs həm ielts writing, həm də imtahanın digər hissələrini vermək üçün zəruri bilikləri qazanmağa imkan verəcək. Minimal dil səviyyəsi: Upper-Intermediate. Kursun davametmə müddəti: minimum 4 həftə (18 saat), lazımi bal və hazırlıq vaxtından asılıdır. Tövsiyə olunan kurs müddətini pulsuz sınaqdan sonra öyrənə bilərsiniz. Kursun intensivliyi: həftədə 3 dəfə 1,5 saat olmaqla.
IELTS EXPRESS
Program imtahana müstəqil olaraq hazırlaşan, lakin müəyyən hazırlıq sualları ilə bağlı yardım almaq istəyən şəxslər üçün nəzərdə tutulub.

Kursun əsas mövzuları:

1. Practice tests imtahan tapşırıqlarını yerinə yetirmək üçün effektiv Strategiyalar və Texnikaların nəzərdən keçirilməsi.
2. İmtahan zamanı daha çox yol verilən səhvlərin müəyyənləşdirilməsi.
3. Dörd imtahan seksiyasının hər biri üzrə imtahan praktikası: reading, writing, speaking, listening.
4. Hazırlaşan şəxslərin suallarına cavablar, gələcək hazırlıq üzrə tövsiyələr.

Minimal dil səviyyəsi: Upper-intermediate.
Kursun davametmə müddəti: 4 həftə – 1,5 saat olmaqla həftədə 3 gün.

IELTS COMPLETE

Dil səviyyəniz aşağıdır (High Pre-Intermediate – Low Intermediate) və IELTS imtahanında 5.5-6 bal toplamalısınızsa, bu kurs sizin üçündür.
Kurs müddəti ərzində dil səviyyənizi High Intermediate səviyyəsinə qədər artıra və IELTS imtahanına hazırlaşa bilərsiniz. İmtahan tapşırıqları üzrə effektiv strategiyalar və texnikaların mənimsənilməsinə yönələn imtahana hazırlıq dərsləri nitq və qrammatika biliklərinin inkişafına yönələn ümumi ingilis dili dərsləri ilə növbələşir. Kursun davametmə müddəti: 54 saat – 12 həftə, həftədə 1,5 saat olmaqla 3 dəfə.

IELTS EXTRA SPEAKING

Kursun məqsədi – IELTS imtahanın şifahi hissəsində lazım olan biliklərin (təcrübənin) inkişafıdır. Hər bir dərs bir imtahan mövzusuna həsr olunur. Mövzu çərçivəsində bütün IELTS Speaking tapşırıqları ətraflı öyrənilir. Müəllim tələbələrə mövzunun açılması üçün zəruri leksik birləşmələr toplusunu, nitq praktikası üçün sual tipləri, həmçinin cavabların imtahan meyarlarına uyğun olması üçün aydın təlimatlar verir. Bu cür təcrübə nəticəsində tələbələr imtahanda daha yüksək bal toplayırlar. 6.5 və daha yüksək bal arzusunda olan tələbələrə IELTS Standard və Language for IELTS kurslarına əlavə olaraq bu kursu da keçmək tövsiyə olunur. Minimal dil səviyyəsi: High-Intermediate. IELTS Extra Speaking kursu, xüsusilə, IELTS listening test və speaking ehtiva edən IELTS UKVI keçməyi planlaşdıranlara yararlı olacaqdır. Kurs həftədə 1 dəfə 1,5 saat olmaqla keçirilir. Dinləyici istənilən kurs intensivliyini seçə bilər. Kursun davametmə müddəti dil səviyyəsindən və arzu olunan baldan asılıdır.

IELTS EXTRA WRITING

Kursun məqsədi – IELTS imtahanının yazılı hissəsində yüksək bal toplamaq üçün biliklərin (bacarıqların) artırılmasından ibarətdir. IELTS-in yazılı hissəsi Azərbaycanlı tələbələr üçün ən çətin hissədir və yüksək bal toplamaq təkcə dil səviyyəsindən deyil, həm də eləcə də qoyulan suala cavabı düzgün strukturlaşdırmaqdan, arqument və nümunələri əlaqəli istifadə etməkdən və fikri yekunlaşdırmaqdan, həmçinin mürəkkəb konstruksiyaları düzgün istifadə edə bilməkdən və s. asılıdır.

IELTS Extra Writing kursunda hər bir dərs bir imtahan mövzusuna həsr olunur, tələbələr mövzuların açılışı üçün ideyalar formalaşdırmağı öyrənirlər, bütün növ yazılı tapşırıqların (esse, məktub, müxtəlif növ qrafik, cədvəl, diaqram, sxemlər və s.) strukturu dəqiqləşdirilir, leksik və qrammatik konstruksiyalar, sabit ifadələr və onların tapşırıq strukturunda tətbiqi öyrənilir.

Yazılı hissə üzrə bütün növ tapşırıqlar imtahan meyarlarına və imtahan müddətinə uyğun yerinə yetirilir. Təcrübə proqramı sinifdə olduğu kimi, evdə də keçirilir. Kurs yazı biliklərinin və təcrübəsinin qazanılması üçün sinifdən kənarda gündəlik çalışmanı nəzərdə tutur.

Kurs əsas hazırlığa əlavə olaraq tövsiyə edilir və həftədə 1 dəfə 1,5 olmaqla keçirilir.

IELTS SINAQ İMTAHANI 

IELTS sınaq imtahanı – əsl imtahandan öncə öz gücünü yoxlamaq üçün real imkandır. IELTS sınaqda şərait real imtahana maksimum yaxındır, orijinal IELTS testləri, imtahan meyarlarına uyğun olaraq xaricdə təhsil almış müəllimlər tərəfindən işlərin yoxlanılması.

SINAQ TEST NECƏ KEÇİRİLİR? 

Sınaq testləşdirmə əsl imtahanın strukturunu maksimal şəkildə  təkrarlayır. Siz IELTS Preparation Centre British Educational Centre gəlirsiniz və imtahanın bütün hissələrini növbə ilə verirsininiz- Listening, Reading, Writing və Speaking. Testdə, imtahanın düzgün gedişatına nəzarət edən nəzarətçi iştirak edir. Sınaq imtahanının Speaking  hissəsi ixtisaslaşmış müəllim tərəfindən götürülür.

NƏ ƏLDƏ EDİRSİNİZ?

Sınaq imtahanından sonra siz:

– Listening, Reading, Writing və Speaking  üzrə qiymətlər alacaqsınız;

– IELTS sınaq test nəticəsi sizə, real testi əminliklə keçməyiniz üçün  kurs zamanı və ya sərbəst şəkildə  daha çox nəzər yetirməli olduqlarınızı müəyyən etməyə kömək edəcək.

BU MƏNƏ NİYƏ LAZIMDIR?

İmtahan öncəsi öz imkanlarınız barədə daha yaxşı təsəvvürə malik olmaq üçün British Educational Centre  IELTS sınaq testini keçməyi  sizə təkidlə məsləhət görür. Bütün məsələ ondadır ki, siz evdə hazırlaşdığınız zaman istər istəməz dincəlmək, məsələyə imtahanda olduğundan daha çox vaxt ayırmaq, tanış olmayan sözə baxmaq imkanınız olacaq və ya əsl imtahan stressini yaşaya bilməyəcəksiniz. Keçən illərin test materiallarından istifadə etməklə ev şəraitində və ya tanış dil qrupunda sərbəst sınaq testi Sizə real ielts test  şəraitində öz imkanlarınızı qiymətləndirməyə imkan verməyəcək.

IELTS  sınaq testi sizə öz biliklərinizi ən dürüst şəkildə dəyərləndirməyə imkan verir, belə ki yığa biləcəyiniz baldan daha yüksək balı əvvəlcədən nəzərdə tutmayacaqsınız. Bu, gücə və vaxta qənaət etməkdən başqa sizi imtahanı təkrar verən zaman artıq pul xərcindən də qoruyacaq – IELTS sınağı  xeyli aşağı qiymətə başa gəlir.

*IELTS Sınaq imtahanı haqqında daha ətraflı məlumat əldə etmək və imtahana onlayn qeydiyyat üçün linkə keçid edə bilərsiniz.

Paylaşın...