İngilis dili beynəlxalq ünsiyyət dilidir. Səyahət zamanı və ya xaricdə işləmək, təhsil almaq üçün bu dil hər bir kəs üçün çox vacib rol oynayır.
İngilis dilinin bilikləri ən qabaqcıl xarici universitetlərdə təhsil almaq imkanı verir. Sizin ingilis dili səviyyənizi təsdiq edən IELTS, TOEFL kimi sertifikatlar xarici universitetlərə qəbul zamanı ilk tələb olunan sənədlərdəndir. Bizim mərkəz həm ümumi ingilis dili, həm də IELTS, SAT, TOEFL, GRE və GMAT kimi beynəlxalq proqramları tədris edir. Proqramlar həm yerli müəllimlər, həm də xaricdə təhsil almış müəllimlər tərəfindən tədris olunur.

İngilis dili-biznes dilidir. Beynəlxalq bazarlara daxil olmaq istəyən bütün böyük iş adamları ingilis dilini yüksək səviyyədə bilməlidirlər. Biznes ingilis dili mərkəzi olaraq biz iş adamlarına bu dilin sirlərini öyrənməyə köməklik edirik.

Bir çox maraqlı və lazımlı ədəbiyyatın əksəriyyəti ingilis dilində nəşr olunur. İnternet səhifələrindəki məlumatların çoxu doğru və tam şəkildə ingilis dilində yayılır. Bütün beynəlxalq müsabiqələr və konfranslar ingilis dilində aparılır. Və ən vacib olanı ingilis dilini bilmək uğurlu bir karyera qurmaq üçün zəruri olan kriterdir.

*İngilis dili kurslarına qoşulmaq üçün Proqramlara Onlayn Qeydiyyat bölməsəsində qeydiyyatdan keçin.