toefl

TOEFL – Test of English as a Foreign Languages

Bu imtahan ETS (Educational Testing Service) tərəfindən 1964-cü ildə yaradılmışdır. TOEFL imtahanının əsas məqsədi – ana dili ingilis dili olmayan kəslərin səviyyəsini qiymətləndirməkdir.

İBT- Internet Based TOEFL- 1-120

Ən son variant olan İBT TOEFL dünya universitetlərinin əsas prioritet seçimi olan TOEFL növüdür və imtahan 4 bölmədən ibarətdir:

  • Listening
  • Reading
  • Speaking
  • Writing

Hər bənd 30 bal üzrə qiymətləndirilir və imtahan sessiyasindan asılı olaraq sual sayı dəyişir.

Dünya universitetlərinin çoxu isə 80 və ondan yüksək bal tələb edirlər və yüksək bal daha sadə qəbul olmağı təmin edir.

TOEFL İBT sertifikatı ABŞ-ın, Kanadanın, eləcə də, avropa ölkələrinin 2400-dən artıq kollec və universitetlərinə daxil olmaq üçün əsas şərtlərdən biri hesab olunur. TOEFL IBT sizin universitet səviyyəsində İngilis dilini anlama və istifadə etmə qabiliyyətinizi ölçür.

TOEFL imtahanına hazırlığı ümumi qəbul olunmuş klasifikasiyaya müvafiq olan İntermediate səviyyəsini keçəndən sonra başlamaq olar.

Test müddətində aşağıdakı tapşırıqları yerinə yetirmək tələb edilir:

  • Oxu, dinlə və verilmiş sualların cavabını ifadə et.
  • Dinlə və sual cavabı olaraq danış.
  • Oxu, dinlə və sualın cavabı olaraq yaz.

AZ NƏZƏRİYYƏ, ÇOX TƏCRÜBƏ!

TOEFL üçün ingilis dili kursları 80% praktiki tapşırıqlardan, və yalnız 20%, praktiki bacarıqları möhkəmlətmək və onların tam mənimsənilməsi üçün həqiqətən lazım olan nəzəriyyədən ibarətdir. Hər dərs imtahanın 2-4 bölməsi üzrə imtahan mətnlərinin leksikası, qrammatikası, müxtəlif tapşırıqların həll edilmə strategiyası, yazı hissəsində elmi mətnlərlə işləmək üçün lazım olan tənqidi düşüncə bacarıqları mənimsənən  praktiki hissədən ibarətdir.

BAKIDA TOEFL –a HAZIRLIQ
MƏQSƏDİNİZİ MÜƏYYƏNLƏŞDİRİN

Bakıda TOEFL –a hazırlaşmaq kimə və nə üçün lazım ola bilər? TOEFL – dünya üzrə tanınmış beynəlxalq ingilis dili testlərdən biridir. O,  ABŞ və Kanada ali təhsil müəssisələrinə daxil  olan xarici tələbələrin öz dil səviyyələrini təsdiq edə bilmələri üçün yaradılıb. Bir qədər sonra ona işəgötürənlər və HR menecerlər diqqət yetirir və imtahan sertifikatını xarici əməkdaşların seçim meyarlarından biri edirlər. Günümüzdə 130 ölkədən çoxunda təhsil müəssisələri və təşkilatlar TOEFL –u qəbul edir və bu da onu dünyanın ən yayılmış dil testlərindən biri edir. Testləşdirmənin nəticələri sizə xaricdə işləməyi və oxumağı planlaşdırdıqda da lazım ola bilər — Azərbaycanın görkəmli şirkətlərinin əksəriyyəti sertifikatı  dilə yüksək səviyyədə yiyələnmənin təsdiqi kimi qəbul edir.

SİZƏ NEÇƏ BAL LAZIMDIR?

Düzgün hazırlıq strategiyasını seçmək üçün sizin hansı nəticəni özünüzə məqsəd qoyduğunuzu müəyyənləşdirmək lazımdır. Məqsədlərinizə nail olmaq üçün sertifikatda sizə neçə bal lazımdır:

– 120 — maksimal nəticədir, testləşdirmənin hər bölməsi üzrə 30 bal;

– 70-110 bal – adətən aparıcı ölkələrin ali təhsil müəssisələri  maqistr təhsili üçün tələb edir;

– 60-90 bal bakalavra qəbul olmaq üçün tələb olunur;

İş əldə etmək üçün şirkətin konkret vakansiyaya tələblərini müəyyənləşdirmək və onlara uyğun çalışmaq lazımdır. Və ya 100 baldan az yığmamaq – bu zaman sizin üçün istənilən üfüqlər açılacaq!

SƏVİYYƏNİZİ ÖYRƏNİN

Məqsədlərinizi müəyyənləşdirdikdən sonra öz imkanlarınızı düzgün qiymətləndirməyə dəyər – məsələn,  sınaq testindən keçmək. Bunu ödənişli və ödənişsiz, onlayn və ya dil məktəbində etmək olar, özünüz üçün uyğun olan variantı seçin. Nəticədən asılı olaraq, məqsədə çatmaq yollarını düşünün. Əgər lazımı bala çatmağa az qalıbsa, TOEFL imtahanına hazırlıq imtahan tapşırıqlarına hazırlıq və imtahan strukturunu öyrənməkdən ibarət ola bilər, əgər biliklər əhəmiyyətli dərəcədə çatışmırsa – ola bilsin ki,  ilk öncə dili öyrənmək lazım olsun.

BÜTÜN İMKANLARDAN İSTİFADƏ EDİN

TOEFL — sadəcə akademik dil bacarıqlarını yox, həm də geniş dünya görüşü (o cümlədən, dil), informasiyanı təhlil etmək bacarığı, ciddi elmi mövzularda öz fikrini demək bacarığını tələb edən, kifayət qədər çətin sınaqdır. Və TOEFL-a hazırlaşmaq,  lüğət ehtiyatı və məişət mövzularının işlənilməsindən daha geniş hazırlıq tələb edir. Nə kömək edə bilər?

– İmtahanın rəsmi saytı http://www.ets.org. Burada testləşdirmədə iştirak etmək üçün qeydiyyatdan keçirlər, bundan başqa, burada hazırlaşmaq üçün xeyli sayda vəsait və materiallar, tapşırıqların köhnə variantlarını tapmaq olar;

-Mərkəzimizdə TOEFL imtahanına hazırlıq:

Burada testə hazırlaşmaq və testdən uğurla keçmək üçün hər şey var;

– Əlavə vəsait — tele və radio proqramlar, söz və ifadə vərəqələri, hətta ingilis dilində oyunlar  dili mənimsəməyə və özünüzdən əmin olmağa kömək edə bilər.

TOEFL –a BRITISH EDUCATIONAL CENTRE ilə HAZIRLAŞIN 

British Educational Centre Azərbaycanın  ən güclü dil məktəblərindən biri olaraq beynəlxalq dil imtahanı TOEFL-a hazırlaşmaq üçün sizə öz köməyini təklif edir. Sizin üçün:

– real imtahan tapşırığı materialları əsasında TOEFL IBT müxtəlif hissələrini həll etmə strategiyası və təcrübəsi;

– xarici dilin tədrisində təcrübəyə malik müəllimlər, beynəlxalq dil imtahanlarına hazırlıq;

– lexicalchunk və languagepatterns mənimsəmə metodikası ilə akademik leksikanın geniş diapazonuna yiyələnmə- sabit leksik uyğunluqlar və qrammatik qanunauyğunluqlar – asan və tez;

– imtahanda rast gəlinəcək formada  mətn tapşırıqlarını həll etmə məşqləri üçün müasir proqram-məşqçi;

– 80% praktiki hissədən ibarət, 36-dan 48-ə qədər akademik məşğələ;

– müəllim ilə fərdi konsultasiyalar;

Biz sizin üçün ən yaxşı hazırlıq vəsaiti – TheCompleteGuidetotheTOEFL IBT seçmişik. Yüksək bal yığmaq üçün lazım olan yazılı və şifahi ünsiyyət qurmaq bacarıqlarının mənimsənilməsindən başqa, siz mətnlərlə işləmək və yazılı imtahanda yaxşı nəticə əldə etmək üçün lazım olan tənqidi təfəkkür bacarığına yiyələnəcəksiniz.

*Proqrama Onlayn qeydiyyat üçün linkə keçid edə bilərsiniz.

Paylaşın...