fbpx

UŞAQLAR ÜÇÜN ONLAYN İNGİLİS DİLİ DƏRSLƏRİ

Hörmətli valideynlər! British Educational Centre ilə uşaqlarınız ingils dilini çox rahat və əyləncəli öyrənə bilərlər. Həqiqətən də, ingilis dili biliyi yalnız karyera inkişafında uğur qazanmaq deyil, eyni zamanda bir gündəlik ehtiyac üçün çox gərəklidir.

Əgər uşağınızın gələcəyi barədə düşünürsəniz və onu müəyyən yüksəkliklərə çatdırmaq istəyirsənizsə, o zaman xarici dilləri öyrənmək onun təhsilində prioritet məsələlərdəndir. Beləliklə, biz bu prosesi idarə etməliyik və bizim və uşaqlarımız üçün optimal olan tədris metodunu seçməliyik.

Nəyə diqqət etməlisən?

Bu gün təhsil sistemi davamlı, addım-addım bir prosesdir. Çalışmaq lazımdır ki, uşaqlar kiçik yaşlarından başlayaraq xarici dilləri öyrənsinlər. Məktəbəqədər yaşda və ibtidai sinifdə əldə olunan biliklər uşaqların zehninə çox yaxşı həkk olunur.

Uşaqlar cizgi filmlərini izləməyi və oynamağı çox sevirlər. Biz də onlara ingilis dilini əyləncəli oyunlar formasında öyrənməyi təklif edirik. Bu proqram vasitəsilə uşaqlar İngilis dilini həvəslə və sevərək öyrənəcəklər. Sevimli personajlar, rəngarəng şəkillər bir oyun şəklində sizin uşaqları lazımsız məlumatlarla yükləməyəcək. Uşaqlar hər gün bu proqram vasitəsilə dil öyrənə bilərlər, amma yavaş-yavaş bunu etmək daha effektlidir. Gündə 1-2 dərs – uğurlu seçimdir. Bu məsləhətləri yerinə yetirərkən, mütləq yaxşı bir müvəffəqiyyətə imza atacaqsınız.

 

 

 

Leave a Comment

Your email address will not be published.

Your Comment*

Name*

Email*

Website