xaricde orta mekteb

XARİCDƏ ORTA TƏHSİL

Pansion məktəbə daxil olmaq mürəkkəb və çoxpilləli bir prosesdir. Bu səbəbdən də biz daxil olarkən 100% nəticə əldə etməyə imkan verən iş metodu hazırlamışıq.

1-ci Mərhələ – Tanışlıq
Biz işə valideynlərlə ətraflı söhbətdən başlayırıq; bu söhbətin səbəbi uşaq haqqında mümkün qədər çox məlumat əldə etmək, Sizin məktəbdən nələr gözlədiyinizi, oğlunuz və ya qızınız üçün ideal təhsil müəssisəsini necə gördüyünüzü anlamaqdan ibarətdir. Bütün vacib nüansları – xarakterik xüsusiyyətləri, meyllilikləri, hobbiləri və maraqları – nəzərə almaq çox mühümdür, axı sonrakı seçim məhz bundan asılıdır!
Uşağın bilik səviyyəsini müəyyən etmək də az əhəmiyyət daşımır – bunun üçün biz aparıcı pansion məktəblərlə birgə ingilis dili və riyaziyyat üzrə daxili testlər işləyib hazırlamışıq. İlkin test bizə uşağın əsl imtahanlara hazırlığını qiymətləndirməyə və hansı səviyyəli məktəbi seçməyin məqsədəuyğun olduğunu anlamağa imkan verir, uşağa isə bir növ məşq etmək imkanı yaradır – uşaq qəbul imtahanında onu nələrin gözlədiyi haqqında təsəvvürə malik olur.
Hazırlıq nəticəsində bir neçə məktəb seçiləcək və biz onlardan namizədi əvvəlcədən dəyərləndirmələrini istəyəcəyik – bunun üçün biz qiymət vərəqəsini və məktəbin tövsiyə məktubunu təqdim etməli və uşağın qəbul imtahanlarına buraxılmaq üçün hazır olduğunu təsdiqləməliyik. Əldə edilmiş variantlar arasından öz meyarlarımıza ən uyğun olanı seçdikdən sonra onları Sizə təklif edəcəyik!
Məktəbə ərizə təqdim etmək – daxil olarkən ən mühüm nüansdır. Qeydiyyat formalarını nümunə əsasında doldurmaq, sənədlərin müəyyən edilmiş vaxt çərçivəsində təqdim edilməsi və qeydiyyat rüsumlarını vaxtında ödəmək çox vacibdir. Bizim mütəxəssislərimiz bütün rəsmi işləri öz üzərinə götürəcək və övladınızı seçilmiş məktəblərdə qeydiyyata salacaqlar. Beynəlxalq tədris klubu İngiltərə, İsveçrə, ABŞ, Kanada və Avstraliyanın 300-dən artıq pansion məktəbinin rəsmi nümayəndəsi olaraq qəbul testlərini öz ofisimizdə həyata keçirir. İmtahan vermək üçün xaricə getməli olmayacaqsınız, övladınız testi Bakıda və ya rayonlardakı filiallarımızdan birində yaza bilər.
Biz ən azı 3-5 məktəbə sənəd verməyi tövsiyə edirik, bununla bir tərəfdən daha güclü məktəblərə (arzulanan məktəblərə) qəbul olmaq üçün gücünüzü sınayacaq, digər tərəfdən isə şərti olaraq “zəmanətli” qəbul variantlarına malik olacaqsınız.
Yer təklifləri aldıqdan sonra Sizə yalnız son qərar vermək qalacaq! Vaxtınız varsa Sizə məktəbləri ziyarət etməyi və şəxsi təəssüratlarınıza əsasən yekun qərar verməyinizi tövsiyə edirik. Məktəblərə səfərlərinizin təşkilində məmnuniyyətlə yardım göstərərik!
Bütün bunlardan əlavə, qəbul mərhələsində gördüyümüz işlərin siyahısına uşaq üçün akademik vizanın rəsmiləşdirilməsi də daxildir.

2-ci Mərhələ – Müşayiət
Müşayiət tələbəyə yardım üzrə tam xidmətlər kompleksini nəzərdə tutur; bu, forma sifarişi və transferlər, qəyyum ailələrdə (lazım olduqda) yaşayışın təşkili, müvəffəqiyyət üzrə hesabatların ötürülməsi, tədris və qəyyumluğa görə ödənişə nəzarətdən başlayaraq tədris zamanı yaranan ən müxtəlif sualların həllində yardıma qədər davam edir.
Bilirik ki, əksər valideynlər üçün məktəblə əlaqədə olmaq əhəmiyyət daşıyır, lakin təhsil müəssisəsi ilə birbaşa əlaqədə olmaq üçün heç də həmişə vaxt və imkan olmur. Biz Sizin üçün yardım xidməti üzrə şəxsi menecer təyin edəcəyik və o operativ olaraq Sizə daima zəruri məlumatı almağa və hər bir vəziyyətdən çıxış yolu tapmağa yardım edəcəkdir.
Müqaviləmiz üzrə müşayiət birinci tədris ili üçün nəzərdə tutulmuşdur, lakin istəyə əsasən servisi bütün tədris müddəti boyunca uzatmaq mümkündür.
Övladınızın məktəbə qəbulunda Sizə yardım etməyə şad olarıq!

*Xaricdə Yay Məktəbləri haqqında məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

Paylaşın...