azerbaycanda yay mektebi

Yay Tətilinizi səmərəli, faydalı və ən əsası maraqlı keçirtmək istəyirsinizsə British Educational Centre şirkətinin Azərbaycanda  təşkil etdiyi yay məktəbləri layihələrinə qatıla bilərsiniz.

Yay məktəblərinin üstünlüklərindən ən əsası İngilis dili bacarıqlarınızı inkişaf etdirib və müxtəlif ölkələrdən olan həmyaşıdlarınız arasında yeni dostlar qazanmaqdır.

Şirkətimiz tərəfindən təşkil olunan yay düşərgələri müxtəlif əyləncələr, intelektual oyunlar, bilik yarışmaları, debatlar, ekskursiya və gəzintilərlə zəngindir.

Yay Düşərgəmiz Azərbaycanın ən gözəl guşələrindən biri olan Qəbələ şəhərində yerləşir.
Düşərgəmiz İyul ayının 1-dən Avqust ayının sonuna qədər davam edir.
Yay tətilinizi ingilis dilinizi inkişaf etdirərək keçirin.
Yay Tətilinizi əvvəlkilərdən daha rəngarəng və yadda qalan edin!!!

*Biz Facebook-da

PROQRAMA DAXİLDİR

Sizə uyğun ingilis dili proqramları

  • Ümumi ingilis dili

(15 saat/həftə)

Maraqlı fəaliyyət proqramları və idman programları.

  •          Günortalar və axşamlar tam şəkildə nəzarət edilən fəaliyyətlər

Üzgüçülük

Futbol

Voleybol

Şahmat

Müxtəlif Təlimlər 

Həftədə 2 ekskursiya

  •          2 tam günlük ekskursiya
Tam təchizatlı yataqxana

Sinif otaqlarında

  •    Tədris materialları
  •    Yerləşdirmə məqsədilə ilk gün üzrə sınaq testi
  •    Kursun tamamlanmasına dair sertifikat
  •    İşçi heyəti tərəfindən nəzarət çərçivəsində internetdən sərbəst istifadə

Ümumi İngilis Dili Kursları

Bu ingilis dili proqramları həm ingilis dilini öyrənmək, həm də günorta və axşam saatlarında sosial fəaliyyət proqramlarımızı ən yaxşı şəkildə dəyərləndirmək istəyən tələbələr üçün idealdır.

Ümumi ingilis dili 15 saat/həftə

  • Həftədə 5 dəfə: Ümumi ingilis dili kursu üzrə dərslər

Biz 4 əsas bacarığın – danışma, dinləmə, oxuma və yazma – inkişaf etdirilməsinə yönəldilmiş konkret, qısa bir tədris proqramı üzrə çalışırıq. Məqsədimiz tələbələrimizin ingilis dili bilikləri ilə bağlı özlərinə inamlarını mümkün qədər tez bir zamanda artırmaqdır. Biz tələbələrin səlisliyini və dəqiqliyini artırmağa kömək etmək üçün digər əsas nüanslar – tələffüz, qrammatika, söz ehtiyatı və idiomlar üzərində də çalışırıq.

  • Kursun səviyyəsi: başlanğıc səviyyədən professional səviyyəyədək
  • Sinfin tutumu: 10 nəfər (maksimum)

Effektiv öyrətmə, effektiv öyrənmə 

Siniflər hər zaman kiçik, maksimum 10 nəfərdən ibarət olur. Bu da müəllimlərimizə diqqətlərini tələbələrin fərdi istək və maraqlarına yönəltməyə imkan yaradır. Bütün tələbələrə dərslər barədə qeydlər apara biləcəkləri şəxsi iş dəftərləri verilir.

Tədrisin keyfiyyəti

Biz tədris prosesində innovativ, kommunikativ yanaşmadan istifadə edirik. Dərslər, tələbələrin yüksək səviyyədə iştirakı ilə daha əyləncəli və interaktiv keçir. Bundan başqa, stimullaşdırıcı və müasir tədris materiallardan istifadə etməklə müxtəlif metodologiyalar tətbiq etmiş oluruq.

Yüksək məmnunluq səviyyəsi

Elmi işlər üzrə direktorumuz istedadlı müəllimlərdən ibarət bir komandaya rəhbərlik edir. Müəllimlər ingilis dilinin xarici dil kimi tədrisi üzrə ixtasaslaşmış və öz xarakterləri və gənclərlə işləmək həvəsləri baxımından seçilmişlər.

İlk gün üzrə səviyyə testi

İlk gün tələbələrə onların səviyyələrini müəyyənləşdirmək üçün ingilis dili üzrə qısa testlər verilir. Tələbələr yaşları, səviyyələrinə görə qruplaşdırılır.

İkinci eviniz
Mənəvi rahatlıq

Tələbələrin burada olduqları müddətdə son dərəcə gözəl təcrübələr qazanması BEC (British Educatioanal Centre) heyətinin başlıca öhdəliklərindən biridir.

Tələbələrin təhlükəsizliyi və rahatlığı bizim əsas  prioritetimizdir. Burada qaldıqları müddətdə tələbələrin unudulmaz anlar yaşaması BEC heyətinin hər biri üzvü üçün çox vacib əhəmiyyət kəsb edir. Düşərgə daxilində işçi-tələbə nisbəti ən az 1:15, düşərgədən kənarda, məsələn səyahətlər və ekskursiyalarda isə 1:8 təşkil edir. Bundan əlavə, düşərgəmizdə ilk yardım üzrə mütəxəssislər və ən əsası düşərgəmiz üçün xüsusi ayrılmış uşaq həkimi (Pediatr) çalışır.

Tələbələrin rifahı
Övladlarınızın təhlükəsizliyi

Tələbələrin təhlükəsizliyi və rahatlığı bizim birinci dərəcəli prioritetimizdir. Yataqxanalarımızda qalan tələbələrə günün 24 saatı qayğıkeş işçi heyətimiz tərəfindən qayğı göstərilir.

Biz tələbələrimizin təhlükəsiz, şən və əyləncəli vaxt keçirməsi üçün düşərgə daxilində bütün məkanların təhlükəsizliyini təmin edirik. Bundan əlavə, düşərgəmizdə ilk yardım üzrə mütəxəssislər və ən əsası düşərgəmiz üçün xüsusi ayrılmış uşaq həkimi (Pediatr) çalışır.

Koordinasiyalı sistem

İşçi heyətinin hər bir üzvü yataqxanalarda məsul olduğu qrupun rifahı və xoşbəxtliyi üçün birbaşa məsuliyyət daşıyır. Onlar qrupdakı tələbələrin və fərdi tələbələrin müvafiq qaydada qidalanıb-qidalanmadığını, şəxsi gigiyenalarına diqqət edib-etmədiklərini, otaqlarını təmiz saxlayıb-saxlamadıqlarını və yoxlama və yanğınla bağlı həyəcan siqnalı zamanı tələblərin saylarının tam-olub-olmadığını yoxlayırlar.

Yaxından nəzarət

Tələbələrə otaqlarının açarları verilmir. Lakin bütün dəyərli əşyalar (passport, bilet, pul və s.). Mərkəzin rəhbərinə verilir və o, həmin əşyaları seyfdə saxlayır. Biz həmçinin tələblərə kiçik bir asma qıfıl gətirmələrini təklif edirik.

Dadlı və çox çeşidli menyu

Düşərgələrimizdə yüksək keyfiyyətli yeməkxanalar var. Tələbələrimizi sağlam qidalar və düzgün tənzimlənmiş menyularla təmin edirik. Ekskursiya günlərində isə paketlənmiş yeməklər təmin edilir. Pəhriz saxlayan tələblər üçün alternativ menyu tərtib edilə bilər.

Kifayət qədər dadlı yemək!

Menyudakı dəyişikliklər və tələbələrdən gələn rəyləri müzakirə etmək üçün hər gün yeməkxana meneceri ilə görüşürük.

QEYD.

Düşərgəmizə qoşulan hər bir iştirakçı tibbi sığorta olunur.

Sualınız var? Narahatlığa ehtiyac yoxdur. Əksər suallarınıza burada cavab tapa bilərsiniz.

Programda ən az neçə həftə iştirak edə bilərəm?

Minimal müddət iki həftədir. Lakin, düşərgəmizdən maksimal dərəcədə faydalana bilməniz üçün 3 və ya 4 həftəlik programda da iştirak etmək mümkündür.

Əgər mən ingiliscə danışa bilmirəmsə..?

Narahat olmayın, düşərgəmizə çatdığınız andan etibarən evinizə yola düşənədək biz sizi təhlükəsiz, əyləncəli və təqdirəlayiq bir səfərlə təmin edəcəyik və beləcə ingilis dili biliyinizi də təkmilləşdirməyə ümid edirik.
Bizimlə olduğunuz andan etibarən hər gün ingilis dilində danışma imkanı əldə edərək ingilis dili biliyinizin necə sürətlə inkişaf etdiyini görəcəksiniz.

Öz dostumla eyni otaqda qala bilərəmmi?

Belə bir halda bu, proqrama yazılarkən bizimlə razılaşdırıla bilər. Tələblərinizi öz qeydiyyat sifarişinizdə qeyd etməyiniz xahiş olunur və bununla da biz sizin ehtiyaclarınızı qarşılamaq üçün əlimizdən gələni edəcəyik. Otaq daxilində yataqların dəqiq konfiqurasiyasını müəyyənləşdirmək üçün mərkəzlərimizə müraciət edin.

Hansı tip otaqlar təklif edirsiniz?

Yaşayış məntəqələrimizdə iki yataqlı və daha geniş otaqlar təklif edirik ki, bunların da hər biri hamam otağı, duş və ayaqyolu ilə təchiz edilmişdir.

Əgər ingilis dili dərsləri mənim üçün çətin olarsa öyrənmə səviyyəmi dəyişə bilərəmmi?

Bəli, mümkündür. Müəlliminiz sizin irəliləyiş səviyyənizə diqqətlə nəzarət edərək sizin üçün müvafiq bir vaxtda sizi başqa bir öyrənmə səviyyəsinə köçürə bilər .

Özümlə nə qədər cib xərcliyi götürməliyəm?

Bu tamamilə sizdən asılıdır. Lakin, biz həftəlik 20 AZN-dən artıq götürülməsini tövsiyə etmirik, çünki bütün içkilər və yeməklərin xərci artıq qarşılanıb. Bu məbləğ könüllü ekskursiyalar və ya hədiyyələr kimi əlavə xərclər üçün kifayət edir.

Düşərgə daxilində dəyərli əşyalarımı saxlaya biləcəyim etibarlı bir yer varmı?

Bəli, səfəriniz boyunca cib xərcliyinizi, pasport və digər qiymətli əşyalarınızı Mərkəzin Meneceri tərəfindən nəzarət olunan seyfdə saxlaya bilərsiniz.

Düşərgə daxilində internetə çıxış varmı?

Bəli, düşərgə daxilində komandamızın nəzarəti ilə internetdən istifadə imkanı mövcuddur.

Acdığım zaman yeməyə və içməyə nə isə ala biləcəyim bir mağaza varmı?

Bəli, orada hər gün fəaliyyət göstərən, istədiyiniz zaman içki və yüngül qəlyanaltı ala biləcəyiniz bir mağaza var. Mağazada həmçinin yaddan çıxarma ehtimalını nəzərə alaraq diş fırçası, telefon kartı, rozetka üçün paylayıcı adapterlər də satılır!

Özümü yaxşı hiss etmədiyim zamanlarda nə etməliyəm?

Əgər ehtiyac yaranarsa bizim yerli həkimlər və xəstəxanalarla sağlam əlaqələrimiz mövcuddur. Hər hansı tibbi preparatdan istifadə edən tələbələr onu üzərində istifadə dozası və qaydası aydın şəkildə göstərilən düzgün qablaşdırmada özləri ilə gətirməlidirlər.
Tələbələrin özləri ilə daşıya biləcəkləri dərmanlar bunlardır:

  • Ağır allergiya üçün Epipen
  • İnsulin qələmi
  • Yüngülləşdirici inhalyator

Özümlə nə götürməliyəm?

Düşərgəyə səfər edərkən nə qədər əşya götürəcəyimizə dəqiq qərar vermək çətindir.
Aşağıda göstərilənləri götürməyiniz məqsədəuyğundur:

  • Gündəlik geyim
  • Qalın sviterlər
  • Gəzinti üçün su keçirməyən ayaqqabılar
  • Qalın kurtka və ya pencək (sukeçirməyən olması daha məqsədəuyğundur)
  • İdman ayaqqabıları
  • Gigiyenik ləvazimatlar

Hələ də suallarınıza cavab tapmamısınız?

Çoxlu suallarınız olduğunu bilirik və hamısını cavablandırdığımıza ümid edirik. Lakin, əgər axtardığınız sualın cavabı burada yoxdursa bizə zəng edin.

Paylaşın...