gmat kurslari

GMAT KURSLARI

GMAT (Graduate Management Admission Test) – biznes yönümlü proqramlarda öyrənmək qabiliyyətini yoxlayan, kompüter vasitəsilə keçirilən standartlaşdırılmış testdir.
GMAT analitik, verbal və riyazi bacarıqları və bilikləri yoxlayır. Test, dünyanın aparıcı biznes-məktəblərinə və iqtisadiyyat, biznes, menecment (MBA – orta və ali səviyyə rəhbərləri) və oxşar sahələrdə təhsil proqramlarına daxil olmaq üçün və həm də xaricdə işləmək üçün lazımlıdır.
Test 1953-cü ildə, həmin vaxt 9 biznes məktəbi assosiasiyası şəklində mövcud olan Graduate Management Admission Council (GMAC) təşkilatı tərəfindən öz proqramlarına ixtisaslaşmış abituriyentləri seçmək məqsədi ilə hazırlanıb. Hazırda 5900-dən çox tədris proqramı GMAT standartlarına etibar edir. 2005-ci ilədək testin idarə olunması ilə Educational Testing Service (ETS) şirkəti məşğul olub. 2005-ci ildən sonra bu hüquqlar Pearson VUE şirkətinə ötürülüb. Testin məzmunu ACT şirkəti tərəfindən hazırlanır.

GMAT üstünlükləri:

  • dünyanın aparıcı təhsil müəssisələrinin ona olan etimadı;
  • biznes məktəblərinə lazım olan bilik və bacarıqların dərindən yoxlanılması;
  • mümkün akademik uğurları qabaqcadan görmək üçün etibarlı vasitə;
  • bütün dünyada səlahiyyətli test-mərkəzlərində imtahandan keçmək mümkündür.

GMAT STRUKTURU

GMAT testi fərqli növ suallardan ibarətdir və magistraturada təhsil almaq, onun testləşdirilməsini  və imtahan vermək təcrübəsini təkmilləşdirmək üçün eyni anda bir neçə bacarığı yoxlayır.

GMAT imtahanı bütün dünyada test-mərkəzlərində yeni texnologiyalardan istifadə edir. Hazırda test yalnız kompüter versiyasında mövcuddur.

Quantitative və Verbal bölmələri adaptivdirlər. Kompüter öncəki suala necə cavab verməyinizdən asılı olaraq sonrakı sualı generasiya edir.  Sualları buraxmaq və geri qayıtmaq mümkün deyil. Beləliklə, hər kəs bacarıqları əsasında yaradılmış unikal testdən keçir.

*Yeniliklər və xəbərləri görmək üçün linkə keçid edə bilərsiniz.

[Total: 0    Average: 0/5]
Paylaşın...