GRE

GRE İMTAHANINA HAZIRLIQ KURSU

GRE Revised General Test və ya GRE – bütün dünyada təhsilini davam etdirmək və magistr dərəcəsini qazanmaq, aspiranturaya, biznes məktəbinə, doktoranturaya qəbul olmaq istəyənlərin verdiyi testdir. Bu test fərqli təhsil səviyyəsinə malik olan müxtəlif  sahələrdə tələbələr və mütəxəssislər üçün yaradılıb, və dünyada bir çox təhsil müəssisəsində geniş istifadə olunur və tanınır.

Bütün dünyada testi ETS (Educational Testing Service) şirkəti hazırlayır və keçirir – beynəlxalq təhsil almaq üçün imtahan verərək milyonlarla insana öz biliklərini təsdiq etməyə uzun illərdir uğurla kömək edən, qeyri-kommersiya təşkilatıdır.

GRE nəticəsi təhsil müəssisələrinə verilməsi planlaşdırılan sənədlərə mükəmməl əlavədir. Çox vaxt testin nəticələri diplomun, qiymət məlumatlarının, motivasiya və tövsiyyə məktublarının təqdim olunması kimi birbaşa tələbdir. GRE testinin verilməsi və təhsil müəssisələrinə qəbul balları haqqında məlumatın təqdim olunması həm ərizəçiyə daxil olma şansını artırmağa, həm də ali təhsil müəssisəsinə ən yaxşıları seçməyə kömək edir.

Dünyanın 160-dan çox ölkəsində testin kompüter variantında verilməsi mümkündür. Kompüter versiyasını keçmək mümkün olmadıqda, testi kağız versiyasında vermək olar.

Əksər ölkələrdə testdən il boyu, lakin ilk dəfə verildikdən sonra 12-aylıq müddət ərzində 6 dəfədən artıq olmayaraq keçmək olar. Bu zaman testlər arasındakı fasilə 21 gündən az olmamalıdır. Testin ümumi müddəti – 3 saat 45 dəqiqədir.

GRE üstünlükləri, nəticələrin etibarlılığından əlavə imtahan materiallarının tərtib edilməsində ədalətlilik  və onların aktuallığıdır. Bütün suallar müxtəlif elm sahələrində xüsusi təlim keçmiş  qiymətləndirici qrupları tərəfindən ciddi yoxlamadan keçir və daim təhlil olunurlar, bununla da bütün imtahan verənlərə tamamilə bərabər yanaşma təmin olunur.

Test Analytical, Verbal və Quantitative Reasoning kimi vacib bölmələri, həmçinin, imtahan verənə xəbərdarlıq verilmədən, testin birinci bölməsi bitdikdən sonra istənilən an ortaya çıxa bilən və qiymətləndirilməyən 1 bölməni özündə cəmləşdirir.

GRE TESTİNİN STRUKTURU

Test üç vacib hissədən — Analytical Writing, Verbal Reasoning, Quantitative Reasoning və həm də qiymətləndirilməyən bir əlavə hissədən ibarətdir. Testin sonunda hər zaman sorğu kitabçası – testin nəticəsinə heç cür təsir etməyən, adi statistik suallardan ibarət və gələcəkdə testləşdirilmənin və imtahan vermə təcrübəsinin yaxşılaşdırılması üçün nəzərdə tutan bölmə olur.

Təsadüfi bölmə nədir?

Analitik Yazı bölməsi bitdikdən sonra təsadüfi bölmə istənilən anda ortaya çıxa bilər. İmtahan verənə bu haqda xəbərdar olunmayacaq və məhz hansı bölmənin təsadüfi olduğunu başa düşə bilməyəcək. Bu səbəbdən də, testin tərtibatçıları bütün bölmələrə əsl bölmə kimi yanaşmağı və arxayın olmamağı məsləhət görür, çünki səhvən bölmənin qiymətləndirilməyəcəyini düşünərək imtahan verən yekun qiymətə təsir edəcək tapşırıqları pis həll edə bilər.
Təsadüfi bölmə, gələcəkdə testin real bölmələrinə yeni sualların salınmasını sınaqdan keçirmək üçün, və həm də testin yeni versiyasından sonra balların köhnə versiyanın nəticələri ilə üst-üstə düşməsindən əmin olmaq üçün tətbiq olunur.

Analytical Writing

Analitik Yazı bölməsi testdən keçənin düzgün qrammatikadan istifadə edərək və cavabları stilistika baxımından düzgün tərtib edərək mürəkkəb fikirləri aydın və dəqiq ifadə etmək, cavabı əsaslandırmaq, məlumatı və ona müvafiq faktları təhlil etmək, düşünülmüş diskussiyanı yazılı formada ifadə etmək bacarıqlarını yoxlayır.
Testin bu bölməsi hər birinə 30 dəqiqə ayrılmış 2 tapşırıqdan ibarətdir. Vaxtın ümumi olmadığını anlamaq vacibdir, yəni tapşırığın hər birini onun üçün ayrılmış vaxt çərçivəsində yazmaq lazımdır. Cavabların tam dəqiq olması, yalnız tapşırığa uyğun yerinə yetirilməsi nəzərdə tutulur.

Verbal Reasoning

Testin bu hissəsi, tələbənin mətnlərlə işləmə, məlumatı emal və təhlil etmək, əsas olanı ayırmaq, nəticələr çıxartmaq, mətnin strukturunu müəyyən etmək, sözlərin, cümlələrin və mətnlərin mənasını izah etmək, həm mənaca, həm də strukturuna görə mətnlərin əlaqəsini anlamaq bacarığını müəyyənləşdirmək üçün xüsusi olaraq tərtib olunmuş suallardan ibarətdir.
Bu bölmə insanın oxuduqlarını qavrama səviyyəsini, və onun öz bacarıqlarını necə istifadə etdiyini yoxlayır.

Quantitative Reasoning

Testin kompüter versiyasında riyazi hissə birbaşa ekranda mövcud olan onlayn kalkulyatorun köməyi ilə həll olunur. Testin bu hissəsi, əsasən arifmetika, cəbr, həndəsə istiqamətlərində, təhlildən, məsələlərin həll olunma metodlarından və düstürlardan istifadə edərək riyazi məsələləri həll etmək bacarığını qiymətləndirir.

Paylaşın...